Hansı xəstəliklərdə?
- İşemik və hemorragik insult
- Travmatik beyin zədəsi
- Onurğa beyni zədələri, o cümlədən travma və yaralanmadan sonra
- Transvers mielit (onurğa beyninin iltihabı)
- Guillain-Barré sindromu
- Polineyropatiya, o cümlədən diabetik polineyropatiya
- Periferik sinir zədələri: bazu kələfi, sümük sınığından sonra radial sinir zədəsi
- Periferik üz siniri iflici
- Dağınıq skleroz və Parkinson xəstəliyi
Reabilitasiya nədən ibarətdir?
Erkən dövr. Yataqda düzgün mövqe, oynaq hərəkətlərinin qorunması, yataq yaralarının və əzələ qısalmalarının qarşısının alınması. Vəziyyət imkan verdikcə oturma və ayağa qalxma.
Spastikliyin idarə olunması. Dartılma məşqləri, mövqe, ortez və şinalar. Lazım olduqda seçilmiş əzələlərə botulinum toksini inyeksiyası.
Hərəkət və tarazlıq. Güc məşqləri, tarazlıq və koordinasiya, yeriş vasitəsi ilə və vasitəsiz yeriş.
Gündəlik həyata qayıdış. Evdə müstəqil hərəkət üçün lazım olan bacarıqlar üzərində iş, ev məşq proqramı və yaxınların məşqlərə cəlb olunması.
Komanda işi
Nevroloji reabilitasiya bir mütəxəssisin işi deyil. Samir Cəlilov nevroloq, reanimatoloq, neyrocərrah və fizioterapistlərlə birgə işləyir. Nitq və udma pozğunluqlarında loqoped və digər mütəxəssislərin də rəyi lazımdır.
Suallar
İnsultdan sonra reabilitasiyaya nə vaxt başlamaq lazımdır?
Xəstənin vəziyyəti sabitləşdikdən sonra, müalicə edən həkimlərin qərarı ilə mümkün qədər tez. İlk həftələr və aylar bərpa üçün xüsusilə vacib dövrdür.
Bərpa nə qədər çəkir?
Bu, insultun növündən, zədənin yerindən və həcmindən, xəstənin yaşından, yanaşı xəstəliklərdən və reabilitasiyanın müntəzəmliyindən asılıdır. Proqnozu müayinədən sonra həkim sizinlə müzakirə edir.